Azərbaycan Banklar Assosiasiyası (ABA) Azərbaycan Mərkəzi Bankına (AMB) qorunan əmanətlər üzrə hazırda 12% təşkil edən maksimum dərəcəni artırmağı təklif edir. Bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Bank Tədris Mərkəzinin (ABTM) direktoru Cavanşir Abdullayev məlumat verib.
“Bu, əhalinin manatla depozitlərə marağını artırmaq üçün zəruridir”, - deyə C.Abdullayev bildirib.
Onun sözlərinə görə, ABA məcmu kapitalın strukturunda subordinasiya olunan kreditlərin normasının artırılmasını, bankların məcmu kapitalı strukturunda valyuta ehtiyatlarına limiti aradan qaldırmağı da təklif edir.
“Bundan başqa, ABA kredit alınarkən qoyulan girovla əlaqədar şikayətin verilməsi ilə bağlı məhkəmə xərclərinin azaldılmasını, eləcə də qoyulangirovun satılmasından əldəedilənvəsaitin ƏDV-dənazad olunmasını təklif edir”, - deyə direktor qeyd edib.
A.Axundov