AŞPA prezidenti Piter Aqramunt fevralın 29-da Azərbaycana səfərə gələcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu məlumat verib.
P.Aqramunt səfərinin ilk günü Azərbaycanın hüquq müdafiəçiləri ilə görüşəcək.
AŞPA prezidenti Bakıda olduğu müddətdə bir sıra görüşlər keçirəcək. Onun Azərbaycanın rəsmi şəxsləri ilə də görüşləri planlaşdırılıb.
P.Aqramuntun səfəri martın 1-nə qədər davam edəcək.
R.Babayev