Bakı və Tehran terrorçuluqla mübarizədə əməkdaşlığı vacib amil hesab edir. Bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin mətbuat konfransında bildirib.
“Tərəflər terrorçuluğu bütün regiona təhdid hesab edir və onunla mübarizədə əməkdaşlığın əhəmiyyətini qeyd edirlər”, - deyə M.Pakayin vurğulayıb.
O, həmçinin qeyd edib ki, Bakı və Tehranın rəsmi mövqeyi də Suriyada münaqişənin nizamlanması ilə üst-üstə düşür.
“Hər iki tərəf əmindir ki, Suriyada münaqişə sülh yolu ilə həll olunmalıdır, ölkənin taleyini isə Suriya xalqı özü müəyyən etməlidir”, - deyə diplomat qeyd edib.
Səfir vurğulayıb ki, bu cür münaqişəli vəziyyətlər respublikanın işinə üçüncü ölkələrin müdaxiləsi səbəbindən baş verir.
“Bundan başqa, hər iki tərəf islamofobiyanın artmasından narahatlıq ifadə ediblər və bu istiqamətdə birgə konfranslar və digər tədbirlərin keçirilməsi zərurətinin olması məsələsində həmfikirdirlər”, - deyə M.Pakayin bildirib.
F.İsazadə