Azərbaycan prezidenti İlham Əliyevin və İran İslam Respublikasının ali rəhbəri Seyid Əli Xamenei ilə görüşü protokol çərçivəsindən kənara çıxıb. Bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin mətbuat konfransında bildirib.
“Cənab İlham Əliyevin İran
ın ali rəhbəri Əli Xamenei ilə görüşü səmimi olub və protokol çərçivəsindən kənara çıxıb. Tərəflər həmçinin Azərbaycan dilində də söhbət ediblər”, - deyə M.Pakayin qeyd edib.
“Düşünürəm ki, yaxın 6 ay ərzində ölkələrimiz arasında ikitərəfli münasibətlərdə böyük dəyişikliklərin şahidi olacağıq”, - deyə o əlavə edib.
F.İsazadə