Azərbaycan 2016-cı ilin sonuna kimi İran vətəndaşları üçün viza rejimini ləğv edə bilər. Bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Bakıda mətbuat konfransında məlumat verib.
“Azərbaycan və İran prezidentləri arasında müzakirə olunan məsələlərdən biri ölkələr arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı olub. Azərbaycan İran vətəndaşları üçün vizanı tamamilə ləğv edə və ya viza sərhəd məntəqələrində verilə bilər”, - deyə diplomat bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə danışıqlar aparılır.
F.İsazadə