İran Xocalı faciəsi ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib. Bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin məlumat verib.
“İran faciə ilə əlaqədar Azərbaycan xalqının dərdinə şərik olur. Biz Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı veririk”, - deyə M.Pakayin mətbuat konfransında bildirib.
Diplomat gələcəkdə dünyada belə faciələrin təkrarlanmayacağına ümid etdiyini deyib.
F.İsazadə