Azərbaycan - Alman Mədəniyyət Mərkəzi “Kapellhaus”da Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbinin vokal ixtisası üzrə XI sinif şagirdi İslamə Abdullayevanın solo konserti olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Konsertdə İ.Abdullayeva H.Purcellin “Dido və Aeneas” operasından “Didonun ariyası”nı, G.Carrisiminin “Partenzadallausa donna”, F.Haendelin “Ottone” operasından “Ottonun ariyası”nı, “Dove sei” əsərlərini məharətlə ifa edib. Bundan başqa, Azərbaycan bəstəkarlarından Ü.Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin ariyası, “Sevgili canan” romansı, Fərhad Bədəlbəylinin “Ave Mariya”, E.Sabitoğlunun “Bu gecə”, Ramiz Mirişlinin “Səadət” mahnıları ifa olunub.
Vokalçı bəzi əsərləri müəllimi İlham Nəzərovla duet şəklində ifa edib.
A.Zeydullayeva