ABŞ-ın Aydaho ştatının qubernatoru Klement Lerey Buç Otter xüsusi bəyannamə imzalayaraq 26 fevral tarixini Aydahoda “Xocalı Qətliamını Anma Günü” elan edib. Bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
Baş Konsulluğa daxil olmuş bəyannamədə Xocalı qətliamı zamanı həyatını itirmiş azərbaycanlılardan bəhs olunur və bu dəhşətli faciə pislənilir.
Bu bəyannamə Aydaho ştatında Xocalı qətliamı ilə bağlı qəbul edilmiş ilk rəsmi sənəddir.
Sənəd, eyni zamanda Aydaho ştatının dövlət katibi Lorens Deni tərəfindən də imzalanıb.
Beləliklə, ABŞ-da Xocalı qətliamını tanıyan ştatların sayı 21-ə çatıb.
R.Babayev