Bakı Slavyan Universitetində (BSU) “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi – öyrən, araşdır, paylaş - 2016” Beynəlxalq Multikulturalizm qış məktəbinin yekunları müzakirə olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BSU-dan məlumat verilib.
Tədbir iştirakçıları xaricdə multikulturalizmin Azərbaycan modelinin daha geniş təbliğinə dair təkliflər səsləndiriblər.
Tədbirdə yay məktəbinin keçirilməsi barədə qərar qəbul olunub və hazırlıq işlərinə start verilib.
Tədbir Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.
Beynəlxalq qış məktəbinə 55-ə yaxın yerli və xarici tələbə qatılıb.
Tədbirdə Rusiya, İsveç, Türkiyə, İtaliya, Portuqaliya, Çexiya, Gürcüstan, Belarus, Bolqarıstan, Litva, İndoneziya, Almaniya və Yaponiyadan tələbələr iştirak edirlər.
Qış məktəbinə “Azərbaycan multikulturalizmi”, “Multikulturalizmə giriş” kurslarında iştirak etmiş yerli və xarici tələbələr, elm xadimləri qatılıb.
Qış məktəbinin mühazirəçiləri arasında Almaniya, Portuqaliya, Rusiya, Qazaxıstan və Azərbaycandan olan mütəxəssislər var.
Qış məktəbi Bakı, Quba, Xaçmaz və Qusarda təşkil edilib.
A.Zeydullayeva