Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyası (ASK) Tikinti materialları istehsalı müəssisələri və Rabitə və informasiya texnologiyaları müəssisələri ilə iş üzrə komissiyalar yaradacaq.
Bu qərar ASK Rəyasət Heyətinin iclasında qəbul edilib.
İclas iştirakçıları konfederasiyanın 2015-ci il ərzində fəaliyyətinin yekunlarını müzakirə edib və 2016-cı ilin I rübü üçün iş planı hazırlayıblar.
ASK 1999-cu ilin mart ayında təsis edilib
A.Axundov