Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov ölkədə növbəti devalvasiya üçün əsas görmür.
“Son zamanlar manat xarici valyutalara nisbətən möhkəmlənir. Bundan başqa, dövlət büdcəsinə düzəlişlər qəbul olunub. Büdcədə neftin real qiyməti müəyyən edilib. Neftin qiyməti ucuz olsa da, stabildir. Həmçinin ölkənin xarici ticarət dövriyyəsi də yaxşılaşır”, - deyə AMB sədri bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, üzən məzənnəyə keçiddən sonra manatın məzənnəsi ilə bağlı problem müşahidə olunmur.
“Bütün bunlar üçüncü devalvasiya üçün heç bir zəminin olmadığını deməyə əsas verir”, - deyə E.Rüstəmov vurğulayıb.
Xəbər verildiyi kimi, 2015-ci ildə iki dəfə baş vermiş devalvasiya nəticəsində manat dollara nisbətən 98,8%, avroya nisbətən 79% ucuzlaşıb.
A.Axundov