Ötən gün Azərbaycan ərazisində 95 cinayət faktı qeydə alınıb, onların 22-si “isti izlər”lə açılıb. Bu barədə Daxili İşlər Nazirliyinin saytında məlumat verilir.
Hüquq-mühafizə orqanları tərəfindən cinayətlərin törədilməsində şübhəli bilinən 44 nəfər saxlanılıb. Bundan başqa, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 22 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.
B.Rüstəmbəyov