Fevralın 21-də Xəzər dənizinin Neftçala ərazisində aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub. Bu barədə SOCAR-ın (Dövlət Neft Şirkəti, ARDNŞ) məlumatında deyilir.
“Ekspertlərin rəyinə əsasən, cəsəd SOCAR-ın Nəqliyyat İdarəsinin əməkdaşı Cavad Xudaverdiyevindir. O, dekabrın 4-də təbii fəlakət nəticəsində “Neft Daşları”ndakı 501 saylı dəniz özülündə baş vermiş qəzada itkin düşən 3 neftçidən biridir”, - deyə məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, 2015-ci il dekabrın 4-də saat 12:30-da “Neft Daşları”ndakı 501 saylı və “Günəşli” yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.
N.Abbasova