Azərbaycan əmək immiqrasiyasının qəbul edilmə səviyyəsinə görə 69 ölkə arasında 47-ci yeri tutub. Bu barədə “WIN/Gallup International” assosiasiyasının «End of Year» illik qlobal araşdırmasında deyilir.
“Əmək immiqrasiyasının xalis qəbul edilmə səviyyəsi üzrə ən aşağı səviyyə Tailand (-65%), ən yüksək səviyyə Çinə (+74%) məxsusdur. Azərbaycan (-33%) 69 ölkə arasında 47-ci yeri tutub”, - deyə “SIAR Research and Consulting Group”un (“WIN/Gallup International” assosiasiyasının Azərbaycandakı üzvü) məlumatında bildirilir.
Digər postsovet ölkələri aşağıdakı mövqeləri tutublar: Ukrayna +22% (16-cı yer), Ermənistan +10% (22-ci yer), Rusiya -17% (36-cı yer), Gürcüstan -21% (39-cu yer ), Latviya -33% (46-cı yer).
Dünya regionlarının təhlili zamanı (Americas, Europe, Sub-Saharan Africa, MENA & Southwest Asia, East Asia & Oceania) məlum olub ki, əmək immiqrasiyasının qəbul edilmə səviyyəsi üzrə ən aşağı səviyyə Avropa İttifaqının 21 ölkəsində müşahidə olunur, sorğuda iştirak edənlərin 31%-i bunu müsbət, 52%-i mənfi qiymətləndirib.
F.İsazadə