Muzey Mərkəzində şərq incəsənət ustalarının konserti və “Gözəllik nuru – 2014” adlı sərgi keçiriləcək Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə mərkəzdən məlumat verilib.
8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan layihəyə 4 mart tarixində start veriləcək.
Tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək.
Sərgi martın 8-dək davam edəcək.
A.Zeydullayeva