Bolqarıstanda “Azərbaycan multikulturalizmi” fənni tədris edilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.
Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində“Azərbaycan multikulturalizmi” fənni tədris olunmağa başlayıb.
“Klassik və müasir fiilologiya” fakültəsində keçirilən fənni sözügedən universitetin Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Shigayeva-Mitreska tədris edir. “Azərbaycan multikulturalizmi” fənninin ilk dərsi Xocalı faciəsinə həsr edilib, tələbələrə faciəni əks etdirən film nümayiş etdirilib.
Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə 2015-ci ildə start verilib. Bu fənn 20 xarici və 15 yerli ali məktəbdə tədris edilir.
A.Zeydullayeva