Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov Qazaxıstan parlamentinə növbədənkənar seçkilərdə MDB Parlamentlərarası Assambleyasının (PAA) müşahidəçilər qrupunun əlaqələndiricisi seçilib. Bu barədə MDB PAA-nın mətbuat xidməti məlumat verir.
V.Ələsgərov MDB PAA və Rusiya
Federasiyası Federal Məclisi Federal Şurasının sədri Valentina Matviyenkonun sərəncamı ilə koordinator təyin edilib.
V.Ələsgərov 2005-ci ildən Milli Məclsin deputatıdır və hakim Yeni Azərbaycan Partiyasını təmsil edir. O, 2005-ci ildən parlamentin Təbii ehtiyatlar,energetika və ekologiya komitəsininsədri, Avropa İttifaqı-Azərbaycan parlamentlərarası əməkdaşlıq komitəsinin rəhbəri, Azərbaycan-Rusiya ikitərəfli parlamentlərarası komissiyasının həmsədridir.
MDB PAA-nın müşahidəçilər qrupu Qazaxıstan parlamentinə növbədənkənar seçkilərə hazırlıq və seçkilərin keçirilməsinin monitorinqində iştirak edir. Seçkilər 2016-cı il martın 20-də keçiriləcək.
R.Babayev