Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 29-na manatın dollara qarşı rəsmi məzənnəsini fevralın 26-na olan 1,5624 manat/$1 səviyyəsinə qarşı 1,5655 manat səviyyəsində müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Beləliklə, manat dollara qarşı 0,1984% ucuzlaşıb.
AMB fevralın 29-na manatın avroya nisbətən rəsmi məzənnəsini fevralın 26-da qeydə alınmış 1,7282 manat/1EUR səviyyəsinə qarşı 1,7118 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,9489% möhkəmlənib.
Fevralın 29-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsi fevralın 26-da qeydə alınmış 0,0206 manat/1RUR səviyyəsinə qarşı 0,0206 manat/1RUR səviyyəsində müəyyən edilib. Beləliklə, manat rubla nisbətən 0,4831% möhkəmlənib.
A.Əzizov