Milli Məclisin deputatı İqbal Məmmədov Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının Büdcə-Nəzarət komissiyasının 1-2 mart tarixlərində Sankt-Peterburqda keçiriləcək iclasında iştirak edəcək. Bu barədə parlamentin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə quruma daxil olan ölkələrin parlament üzvləri, MDB PA Şurası Katibliyinin vəzifəli şəxsləri iştirak edəcəklər.
Toplantıda Parlamentlərarası Assambleyanın fəaliyyətinin maliyyələşdirilməsi, büdcənin formalaşdırılması və icrası məsələləri, habelə bir sıra qərar layihələri müzakirə olunacaq.
Səfər martın 3-də başa çatacaq.
R.Babayev