“Təmiz Şəhər” ASC Balaxanı şəhər tullantılarının
zərərsizləşdirilməsi poliqonu və Böyük Şor gölündə ekoloji monitorinq və laborator analizin aparılması üçün podratçı seçir. Bu barədə ASC-nin elanında bildirilir.
Tenderdə iştirak haqqı 200 manat təşkil edir.
Tenderdə iştirak etmək istəyən şirkətlər təklifin dəyərinin1%-i həcmində bank zəmanəti ilə müşayiət olunan təkliflərini 2016-cı il aprelin 19-dək təqdim etməlidirlər.
Tender proseduru aprelin 20-də keçiriləcək.
Prezident İlham Əliyev 2008-ci il avqustun 6-da “Təmiz Şəhər” ASC-nin yaradılması haqqında sərəncam imzalayıb. Vergilər Nazirliyi 2009-cu ilin martında “Təmiz Şəhər” ASC-ni qeydiyyata alıb.
N.Abbasova