İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri Milli Azərbaycan Tarixi Muzeyində olublar. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən məlumat verilib.
Görüşdə İran səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Dr. Seyid İbrahim İbrahimi və mərkəzin nümayəndəsiAğayi Behbudi iştirak ediblər.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademikNailə Vəlixanlımuzeyin elmi-kütləvi fəaliyyəti barədə ətraflı məlumat verib.
Eyni zamanda, Milli Azərbaycan Tarixi Muzeyi və İran muzeyləri arasında elmi sahədə əlaqələrin qurulması, gələcək layihələr barədə müzakirələr aparılıb.
Sonra qonaqlar muzeyin ekspozisiyası ilə tanış olublar.
A.Zeydullayeva