“Təmiz Şəhər” ASC tullantılar üçün plastik konteynerlərin tədarükçüsünü seçir. Bu barədə ASC-nin elanında bildirilir.
Tender 240 və 660 litr həcmində konteynerlərin satınalınmasını nəzərdə tutur.
Tenderdə iştirak haqqı 200 manat təşkil edir.
Tenderdə iştirak etmək istəyən şirkətlər təklif dəyərinin1%-i həcmində bank zəmanəti ilə müşayiət olunan təkliflərini 2016-cı il aprelin 19-dək təqdim etməlidirlər.
Tender proseduru aprelin 20-də keçiriləcək.
Prezident İlham Əliyev 2008-ci il avqustun 6-da “Təmiz Şəhər” ASC-nin yaradılması haqqında sərəncam imzalayıb. Vergilər Nazirliyi 2009-cu ilin martında “Təmiz Şəhər” ASC-ni qeydiyyata alıb.
N.Abbasova