Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviç Avropanın enerji təhlükəsizliyinin təminatında "Cənub Qaz Dəhlizi”nin əsas əhəmiyyətini qeyd edir.
""Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında iştirak etmək məqsədilə Bakıdayam. İlk görüşdən sonra görülən işlərə yekun vurmaq üçün qayıtdığıma şadam”, - deyə M.Şefçoviç özünün «Twitter» səhifəsində yazıb.
O, həmçinin Avropanın enerji təhlükəsizliyinin təminatında "Cənub Qaz Dəhlizi”nin əsas əhəmiyətini qeyd edib.
"Avropanın enerji təhlükəsizliyinin təminatında "Cənub Qaz Dəhlizi”nin mühüm əhəmiyət kəsb etdiyini vurğulamaq lazımdır. Ötən il ərzində bu strateji infrastruktur layihəsi üzrə irəliləyiş əldə olunub”, - deyə M.Şefçoviç yazıb.
F.İsazadə