2015-ci il ərzində Azərbaycana sement və klinker idxalı 479,7 min ton təşkil edib ki, bu da 2014-cü ilin göstəricisindən 75,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, ölkəyə ümumilikdə $29 mln. 479,6 min dəyərində (аzаlma 72,3%) sement və klinker idxal olunub.
Bundan başqa, 2015-ci ildə Azərbaycana $68 mln. 824,4 min dəyərində 152,1 min ton mineral gübrə (azalma 0,9%), $42 mln. 18,4 min dəyərində 46 min 787,2 ton polietilen (artım 47,1%) idxal olunub.
Hesabat dövründə ölkəyə $133 mln. 231,4 min dəyərində 279,9 min ton metalyayma məhsulu (artım 21,3%), $160 mln. 222,9 min dəyərində 264,8 min ton qara metaldan hazırlanan çubuqlar (artım 50,2%), $27 mln. 448,8 min dəyərində 46 min 678,6 ton qara metaldan hazırlanan günyə və şveller (artım 57,1%), $750 mln. 538,1 min dəyərində 506,8 min ton qara metaldan hazırlanan boru (artım 3,8 dəfə) idxal edilib.
N.Abbasova