Martın 1-də Əməkdar incəsənət xadimi, “Azər-İlmə” Xalçaçılıq Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovun “Qarabağ bölgəsinin xalçaçılıq tarixi” kitabının təqdimat mərasimi keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Təqdimat Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında keçiriləcək.
A.Zeydullayeva