2015-ci ildə Azərbaycanda balıqyetişdirmə müəssisələri 396 mln. ədədə yaxın balıq, o cümlədən nərə cinsli və qızıl balıq körpələrini su anbarları və su hövzələrinə buraxıb ki, bu da 2014-cü ilin göstəricisindən 1,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bununla yanaşı, 2015-ci ildə 6,6 mln. ədəd nərə cinsli (azalma 3%), 0,2 mln. ədəd qızıl balıq (2014-cü ildəki səviyyə), 385 mln. ədəd çəkikimi balıq körpələri (artım 2,1%) və 4,2 mln. ədəd bitkilərlə bəslənən balıq körpələri (azalma 23,7%) su hövzələri və su anbarlarına buraxılıb.
2015-ci il üçün Azərbaycanda su hövzələri və su anbarlarına nərə cinsli balıq körpələrinin buraxılması üzrə plan 441,3 mln. ədəd, həmçinin qızıl balıq körpələrinin buraxılması üzrə plan 20,1 mln. ədəd səviyyəsində müəyyən edilib.
N.Abbasova