Fevralın 29-da prezident İlham Əliyev Gürcüstanın baş nazirinin müavini və energetika naziri Kaxa Kaladzeni qəbul edib. Bu barədə AZƏRTAC dövlət agentliyi məlumat verir.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında enerji layihələrinin yüksək səviyyədə həyata keçirildiyi, “Cənub” qaz dəhlizinin uğurla reallaşdırıldığı bildirilib.
Ölkələrimiz arasında enerji sahəsi ilə yanaşı, digər sahələri də əhatə edən birgə layihələrin uğurla icrasından məmnunluq ifadə olunub. İki ölkənin gələcəkdə də strateji tərəfdaş kimi əməkdaşlıq edəcəyi vurğulanıb.
B.Rüstəmbəyov