İlin əvvəlindən başlayaraq Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət müəssələrində əmək fəaliyyətinin iş prinsiplərinə uyğun səmərəli qurulması, nizam-intizam qaydalarına riayət edilməsi məqsədilə yoxlamalar aparılıb. Bu barədə idarənin rəsmi saytında məlumat verilir.
Yoxlama və araşdırmaların nəticələrini rəhbər tutaraq, Qaradağ rayonu Ə.Əmirov adına Mədəniyyət Sarayının direktoru İkram Əhmədova yazılı xəbərdarlıq elan edilib.
Həmçinin Suraxanı rayonu S.Bəhlulzadə adına Mədəniyyət Sarayının direktoru Leyla Ramazanovaya, Suraxanı rayonu Hövsan Mədəniyyət Sarayının direktoru Vasif Rəhimova və Suraxanı rayonu Q.Abbasov adına Mədəniyyət Sarayının direktoru Məmməd Rzayevə töhmət verilib.
A.Zeydullayeva