Azərbaycan prezidenti İlham Əliyev Vorkutadakı “Severnaya” şaxtasında partlayışlar nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Hörmətli Vladimir Vladimiroviç, Vorkutadakı “Severnaya” şaxtasında partlayışlar nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən kədərləndirdi.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm”, - deyə başsağlığı məktubunda qeyd olunur.
R.Babayev