Fevralın 29-da ədliyyə naziri Fikrət Məmmədovun İranın Azərbaycandakı səfiri Möhsün Pakayin ilə görüşü zamanı məhkumların verilməsi məsələsi müzakirə olunub. Bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Məlumata əsasən, tərəflər hüquqi yardım, ədliyyə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini də müzakirə ediblər.
Qarşılıqlı səfərlərin həyata keçirilməsinə dair razılıq əldə edilib.
F.İsazadə