Martın 3-də Nizami Kino Mərkəzində "Şər qarışanda" milli filminin qala gecəsi keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nizami Kino Mərkəzindən məlumat verilir.
"Oksimediya" prodakşn şirkətinin qorxu janrında lentə aldığı filmin rejissoru Samir Kərimoğlu, ideya müəllifi Fariz Əliyev və Samir Kərimoğludur. Filmin ssenari müəllifləri Rəşad Dadaşov və Fariz Əliyev, operatoru Nadir Mehdiyev, prodüser Oksana Rəsulova, icraçı prodüser Niyaz Əliyevdir.
Filmdə baş rolları aktyorlar Ramiz Novruz, Ossana Rəsulova, İlhamə Qasımova, Şəhriyar Əbilov, Zəhra Bədəlbəyli və başqaları canlandırıblar.
Film 1992-ci ildə manyak tərəfindən qəddarcasına qətlə yetirilmiş doqquz yeniyetmədən bəhs edir. Hadisədən iyirmi dörd il keçməsinə baxmayaraq, dəhşət hələ davam edir.
Qala-gecəsində "Oksimediya" prodakşnın rəhbəri O.Rəsulova, filmin rejissoru S.Kərimoğlu, baş rolları ifa edən aktyorlar və yaradıcı qrupun digər üzvləri iştirak edəcəklər.
Yaradıcı qrup media nümayəndələri ilə də görüşəcək.
Azərbaycan üzrə filmin distribyutoru AF Media şirkətidir.
A.Zeydullayeva