Fevralın 29-da Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini ilə Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən Dünyamin Yunusov arasında keçirilən görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə səfirlikdən məlumat verilib.
İlk dəfə ADU-nu ziyarət edən səfir Labardiniyə bu ali təhsil müəssisəsi haqqında ümumi məlumat verilib və onun xarici universitetlə olan əməkdaşlıq əlaqələrindən bəhs olunub. Həmçinin diplomata universitetdə fəaliyyət göstərən müxtəlif dil mərkəzləri haqqında geniş məlumat verilib.
Səfir R.Labardini isə ikitərəfli münasibətlərin inkişafı, birgə layihələrin həyata keçirilməsindən danışıb.
Görüşün sonunda tərəflər təhsil sahəsində ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə dair istəklərini ifadə ediblər.
A.Zeydullayeva