Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Gəncə şəhər Psixonevroloji Dispanserinin baş həkimi barəsində cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.
Yaşar Əliyev dispanser qeydiyyatında olan və ya ümumiyyətlə dispanser qeydiyyatında olmayan ayrı-ayrı şəxslərin pensiyaya qanunsuz çıxarılması məqsədilə müvafiq sənədlərin verilməsi üçün ümumilikdə 7 min manat və 12 min 600 ABŞ dolları məbləğində pulu rüşvət kimi almaqda ittiham edilir.
R.Babayev