2015-ci ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri üzrə gəlirlilik (qızıl nəzərə alınmadan) 2014-cü ildə qeydə alınmış 1,52%-ə qarşı 1,24% təşkil edib. Bu barədə fonddan məlumat verilib.
Məlumata əsasən, 2015-ci ilin yekunları üzrə ARDNF-in aktvləri üzrə gəlirlilik qızıl nəzərə alınmaqla 0,89% təşkil edib.
Hesabat ilində istiqrazlar üzrə gəlirlilik 0,59%, səhmlər üzrə 0,16%, depozitlər üzrə 0,2%, pul bazarı alətləri üzrə 0,01%, daşınmaz ənmlak üzrə 0,31% təşkil edib.
2015-ci ildə ARDNF-in qızıl üzrə mənfi gəlirliliyi 0,33% olub.
Son 10 il ərzində fondun aktivləri üzrə orta illik gəlirlilik 2,42% təşkil edib.
Neft Fondunda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qazın nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və s. mənbələrdən daxil olan gəlirlər toplanır.
A.Əzizov