Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Elxan Baxşıyev metallik civəni satarkən tutulub. Bu barədə çərşənbə axşamı Daxili İşlər Nazirliyinin saytında məlumat verilir.
Paytaxt sakininin üzərindən 1 kq 297,94 qram metallik civə aşkar olunaraq götürülüb. O, civəni 4 min manata satmaq niyyətində olub.
R.Babayev