SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Neft Daşları” yatağında yeni quyu istismara verib. Bu barədə şirkətin rəsmi saytında məlumat verilir.
2603 nömrəli quyu 2585 nömrəli stasionar dəniz özülündən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılıb.
Quyu 30 ton neft və 16 min kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
“Neft Daşları” yatağı 1949-cu ildən işlənilir.
N.Abbasova