2015-ci ildə “BP-Azerbaijan” şirkətinin ştatda olan azərbaycanlı əməkdaşlarının sayı 2,735 min nəfər təşkil edib. Bu barədə şirkətin məlumatında bildirilir.
2014-cü ilin dekabr ayının sonuna şirkətin ştatında 2,992 min Azərbaycan vətəndaşı olub. Beləliklə, 2015-ci il ərzində onların sayı 8,6% azalıb.
Ötən ilin dekabr ayının sonuna olan məlumata əsasən, “BP-Azerbaijan” şirkətinin əməkdaşlarının 87%-i Azərbaycan vətəndaşlarıdır.
N.Abbasova