Milli Məclisin deputatı, GUAM PA-nın sədri və parlamentin qurumdakı nümayəndə heyətinin rəhbəri Azər Kərimli Baltik Assambleyasının Təbii ehtiyatlar və ətraf mühit, İqtisadiyyat, energetika və innovasiyalar üzrə komitələrinin birgə iclasında iştirak edəcək. Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat verir.
A.Kərimli bu məqsədlə martın 3-dən 5-dək Estoniyada səfərdə olacaq.
Bu ölkənin paytaxtı Tallin şəhərindəkeçiriləcək toplantıda regionalenerji təhlükəsizliyi, qlobal iqlim, yenitexnologiyalarvə innovasiyaların tətbiqi, kəndtəsərrüfatı sektorunun və yaşıl iqtisadiyyatın inkişafı ilə bağlı məsələlər barədə fikir mübadiləsiaparılacaq.
R.Babayev