Azərbaycan Mərkəzi Bankı (AMB) martın 2-nə manatın dollara qarşı rəsmi məzənnəsini martın 1-nə olan 1,5687 manat/$1 səviyyəsinə qarşı 1,5764 manat səviyyəsində müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Beləliklə, manat dollara qarşı 0,4909% ucuzlaşıb.
AMB martın 2-nə manatın avroya nisbətən rəsmi məzənnəsini martın 1-də qeydə alınmış 1,7117 manat/1EUR səviyyəsinə qarşı 1,7071 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0, 2695% ucuzlaşıb.
Martın 2-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi martın 1-də qeydə alınmış 0,0209 manat/1RUR səviyyəsinə qarşı 0,0215 manat/1RUR səviyyəsində müəyyən edilib. Beləliklə, manat rubla nisbətən 2,8708% ucuzlaşıb.
A. Axundov