Azərbaycan Mərkəzi Bankı (AMB) nizamnamə kapitalının 50 dəfə - 500 mln. manatadək artırılması prosesini başa çatdırıb. Bu barədə çərşənbə günü jurnalistlərə AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib.
“Nizamnamə kapitalının artırılması AMB-nin mənfəəti hesabına həyata keçirilib”, - deyə E.Rüstəmov “İnterfaks-Azərbaycan” agentliyinin sulına cavabında bəyan edib.
Xəbər verildiyi kimi, 2015-ci ilin dekabr ayında prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna dəyişiklikləri təsdiq edib. Bu dəyişikliklərə əsasən, AMB-nin nizamnamə kapitalının 10 mln. manatdan 500 mln. manatadək artırılması nəzərdə tutulurdu.
A.Axundov