Hesablama Palatası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsində (ƏVİ) bir sıra nöqsanlar aşkarlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Palatadan məlumat verilib.
Nəzarət tədbiri nəticəsində ƏVİ tərəfindən hesabat dövrləri ərzində bir sıra parametrlər üzrə proqnozların tam icra olunmadığı, bəzi hallarda vergi öhdəliklərinin dövlət büdcəsinə vaxtında və tam həcmdə cəlb olunmadığı, həmçinin vergi ödəyicilərinin dövlət büdcəsi qarşısında öhdəliklərinin könüllü bəyanetmə və ödəmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilib.
Hesablama Palatası ƏVİ tərəfindən borcların artmasının qarşısının alınması məqsədilə vergi öhdəliklərinin dövlət büdcəsinə vaxtında və tam həcmdə cəlb olunmasını, fəaliyyətləri mənfəətlə nəticələnən vergi ödəyicilərinin illər üzrə rentabellik səviyyəsinin azalması hallarının əsas səbəblərinin müəyyənləşdirilməsini tövsiyə edib.
Auditin nəticələri Vergilər Nazirliyi və Milli Məclisə təqdim edilib.
A.Əzizov