Azərbaycan prezidenti İlham Əliyev İctimai asayişin qorunmasında vətəndaşların iştirakı haqqında fərman imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Bu fərmanla “İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası” təsdiq edilib.
Nazirlər Kabinetinə fərmandan irəli gələn və ictimai asayişin qorunmasına vətəndaşların cəlb edilməsi ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etmək tapşırılıb.
Daxili İşlər Nazirliyinə vətəndaşların ictimai asayişin qorunmasında iştiraka cəlb edilməsi üçün zəruri tədbirlər görmək tapşırılıb.
R.Babayev