Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının açılması ilə bağlı keçirilən ilk müzakirədə işçi qrupunun üzvlərinin Naxçıvanda görüşü keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna “Naxçıvan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.
“Görüş iştirakçıları Azərbaycan ilə İran arasında əlaqələrin daha da gücləndirilməsi istiqamətində görülən işlərdən danışıblar. Görüşdə bir sıra texniki məsələlər, sərnişin qatarının qrafiki və tariflər müzakirə olunub”,- deyə QSC nümayəndəsi bildirib.
Müzakirələr qarşıdakı günlərdə Azərbaycan və İran dəmir yolu rəhbərlərinin iştirakı ilə keçiriləcək yüksək səviyyəli görüşə hazırlıq məqsədi daşıyıb.
Q. Hüseynova