“Azərenerji” ASC (Azərbaycanda elektrik enerjisi istehsalı üzrə dövlət inhisarçısı) 2016-cı ilin yanvar-fevral aylarında 4 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SC-nin mətbuat xidmətindən məlumat verilib.
2015-ci ilin yanvar-fevral aylarında SC-nin elektrik stansiyalarında 4,2 mlrd. kVt/saat elektrik enerjisi istehsal olunub. Beləliklə, 2016-cı ilin yanvar-fevral aylarında hasilatda azalma 4,8% təşkil edib.
Fevral ayında “Azərenerji” 22,5 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib.
Xəbər verildiyi kimi, 2015-ci ildə “Azərenerji” tərəfindən 22,5 mlrd. kVt/saat elektrik enerjisi istehsal edilib.
N.Abbasova