Prezident İlham Əliyevin İrana səfəri zamanı qarşılıqlı əməkdaşlıq haqqında mühüm sənədlərin imzalanması onu deməyə əsas verir ki, iki ölkə arasında əlaqələr inkişaf istiqamətindədir. AZƏRTAC dövlət agentliyinin məlumatına görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Cabir Ənsari Tehranda keçirdiyi həftəlik brifinqdə deyib.
Prezident İ.Əliyev fevralın 23-də İrana səfər edib. Səfər çərçivəsində 11 sənəd imzalanıb.
C.Ənsari bildirib ki, səfər zamanı əldə olunan razılaşmalardan hər iki tərəf məmnun qalıb.
Onun sözlərinə görə, rəsmi Tehran ilə Bakı arasındakı münasibətlərin yaxınlığını imzalanan sənədlərin mahiyyətindən də görmək olar.
C.Ənsari əlaqələrin daha da inkişaf edəcəyinə və strateji əməkdaşlıq səviyyəsinə yüksələcəyinə əminlik ifadə edib.
R.Babayev