Dəyanət Quliyev “AtaBank”ın İdarə Heyətinin sədri təyin edilib. Bu barədə bankın məlumatında bildirilir.
D.Quliyev bu vəzifədə Etibar Babaşlını əvəz edib. E.Babaşlı İdarə Heyətinin sədr müavini təyin edilib.
D.Quliyev “Synergy Group” ASC-nin Müşahidə Şurasının və İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Ölkənin 10 aparıcı bankından biri olan “AtaBank” ASC 1994-cü ildə yaradılıb və “AtaHolding”in strukturuna daxildir.
A. Axundov