Bəzi ərəb ölkələri tərəfindən “Hizbullah”ın terrorçu qrup adlandırılması siyasi bir addımdır. İranın Azərbaycandakı səfiri Möhsün Pakayin buna əmindir.
“Livan “Hizbullah”ı İslam dünyasının fəxridir. Bəzi ərəb ölkələri tərəfindən “Hizbullah”ın terrorçu qrup adlandırılması siyasi bir addımdır və bu, yalnız sionist rejimini sevindirir”, - deyə səfir bildirib.
M.Pakayin “Hizbullah” müqavimət hərəkatının sionist rejiminə qarşı müqavimətinə və terrorçuluqla hərtərəfli mübarizəsinə işarə edərək əlavə edib ki, “Hizbullah”ın zəiflədilməsi terrorçu qrupların mənafeyinə xidmət edir.
“Dünya müsəlmanları “Hizbullah”ı daim dəstəkləyir və etiraf edirlər ki, bu qrupun İslam dünyasının şərəf və ləyaqətini qorumaqda böyük rolu var. “Hizbullah”ın zəiflədilməsi bəzi qərb və region ölkələri tərəfindən yaradılan və dəstəklənən terrorçu qrupların mənafeyinə xidmət edir”, - deyə o bildirib.
F.İsazadə