Azərbaycan Mərkəzi Bankı (AMB) martın 4-nə manatın dollara qarşı rəsmi məzənnəsini martın 3-nə olan 1,5843 manat/$1 səviyyəsinə qarşı 1,6017 manat səviyyəsində müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Beləliklə, manat dollara qarşı 1,0983% ucuzlaşıb.
AMB martın 4-nə manatın avroya nisbətən rəsmi məzənnəsini martın 3-də qeydə alınmış 1,7204 manat/1EUR səviyyəsinə qarşı 1,7536 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 1,9299% ucuzlaşıb.
Martın 4-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi martın 3-də qeydə alınmış 0,0217 manat/1RUR səviyyəsinə qarşı 0,0219 manat/1RUR səviyyəsində müəyyən edilib. Beləliklə, manat rubla nisbətən 0,9266% ucuzlaşıb.
A.Əzizov
.