2016-cı il fevralın 1-nə əhalinin bank əmanətləri 8 mlrd. 643,3 mln. manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından məlumat verilir.
Xəbər verildiyi kimi, 2015-ci ilin sonuna əhalinin bank əmanətləri 9 mlrd. 473,9 mln. manat təşkil edib.
Beləliklə, yanvar ayında əhalinin bank əmanətləri 830,6 mln. manat və ya 8,8% azalıb.
2015-ci ildə Azərbaycanda əhalinin bank əmanətləri manatın iki dəfə devalvasiyası nəticəsində 33,6% artıb.
A.Əzizov