ABŞ-ın Corciya ştatı15 dəqiqəlik müzakirə nəticəsində Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin tanınması barədə qətnamə qəbul edib.
“15 dəqiqəlik müzakirənəticəsindəABŞ-ın Corcia ştatının Nümayəndələr Palatasında Azərbaycanın Ermənistan tərəfindən işğal edilmişərazilərindəyaradılmış qondarma rejimin guya tanınması barədəhansısa bir qətnaməqəbul edilib. Amerika Birləşmiş Ştatlarının qanunlarınaəsasən xarici siyasət məsələləri vəhər hansı qurumu tanımaq federal hökumətin səlahiyyətlərinədaxildir. ABŞ tərəfindən Azərbaycanın beynəlxalq səviyyədətanınmış sərhədləri daxilindəərazi bütövlüyü vəsuverenliyi tanınır vədəstəklənir”, - deyəXarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Onun fikrincə, Ermənistan bu kimi cılız və təxribatçı əməllərlə Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələri əsasında danışıqlar yolu ilə həllinə, regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasına yönəlmiş səylərə xələl gətirməyə, Azərbaycan ərazilərinin işğalını davam etdirməyə və mövcud status-kvonu saxlamağa çalışır”, - deyə bəyanatda vurğulanır.
F.İsazadə